Livan İsrail qoşunlarının öz ərazisindən çıxarılmasını tələb etmək niyyətindədir. Ölkə həmçinin məhbusların azad edilməsini və yəhudi dövləti ilə sərhəd mübahisələrinin həllini tələb edir.
Qaziler.az xəbər verir ki, bu barədə Prezident Cozef Aun Al-Mayadeen” televiziyasına açıqlama verib.
Aun bildirib ki, Livan dövlətinin mövqeyi atəşkəsi gücləndirmək, İsrail qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını və məhbusların azad edilməsini təmin etmək, eləcə də sərhəd mübahisələrinin həllidir.
Qeyd edək ki, aprelin 16-da Livanda İsrail ilə 10 günlük atəşkəs qüvvəyə minib.
QAZİLER.AZ



