ABŞ 26 şəxsə qarşı viza qaydalarını sərtləşdirdi

ABŞ 26 şəxsə qarşı viza qaydalarını sərtləşdirdi backend

Dünən ABŞ Dövlət Departamenti ölkənin “düşmənləri” adından fəaliyyət göstərən şəxslərə qarşı viza məhdudiyyətləri siyasətini genişləndirdiyini açıqlayıb.

Qaziler.az “İranintl” nəşrinə istinadla xəbər verir ki, Vaşinqton bu çərçivədə Qərb ölkələrində fəaliyyət göstərən və ABŞ-nin düşmənləri ilə əlaqəli olduğu bildirilən 26 şəxsə viza məhdudiyyəti tətbiq edib.

Dövlət Departamenti qeyd edib ki, yeni tədbirlər ABŞ-yə giriş imkanlarını daha da məhdudlaşdıracaq və bu istiqamətdə siyasət daha sərt şəkildə davam etdiriləcək.

QAZİLER.AZ