İranlı qadın futbolçular Avstraliyaya təşəkkür etdi - FOTO

İranlı qadın futbolçular Avstraliyaya təşəkkür etdi - FOTO backend

Avstraliyada sığınacaq istəyən İranın qadınlar üzrə futbol yığmasının iki keçmiş üzvü Fatimə Pəsəndide və Atife Ramazanzadə Avstraliya hökumətinə onlara “təhlükəsiz sığınacaq” verdiyinə görə təşəkkür edib.

Qaziler.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, onlar həyatlarını yenidən qurduqdan sonra idman fəaliyyətlərini davam etdirmək istədiklərini bildiriblər.

Viza aldıqdan sonra ilk ictimai açıqlamalarında futbolçular Avstraliyada gördükləri dəstəyin onlara ümid verdiyini vurğulayıblar. Onlar xüsusilə Avstraliyanın daxili işlər naziri Toni Börkə minnətdarlıq edərək, ölkədə təhlükəsiz yaşamaq və işləmək imkanı qazandıqlarını qeyd ediblər.

Məlumata görə, mart ayında Asiya Kubokunda iştirak üçün Avstraliyaya gələn İranın qadınlar üzrə futbol komandasının bir neçə üzvü İrana qayıtdıqdan sonra təhlükəsizlikləri ilə bağlı narahatlıqlarını ifadə edib və sığınacaq istəmək qərarına gəliblər.

QAZİLER.AZ