Əş-Şaara Suriya ilə Ukraynanı birləşdirən əməkdaşlıqdan danışıb

Əş-Şaara Suriya ilə Ukraynanı birləşdirən əməkdaşlıqdan danışıb backend

Suriya Ukrayna ilə kənd təsərrüfatı sektorunda əməkdaşlıq etməkdə maraqlıdır.

Qaziler.az xəbər verir ki, bu haqda Suriya Prezidenti Əhməd Əl-Şaara Türkiyənin “Anadolu” xəbər agentliyinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, tərəflər Suriya limanları vasitəsilə qida məhsullarının təkrar ixracı üçün tranzit məntəqəsinin yaradılmasını müzakirə edirlər.

İlk növbədə, Suriya və Ukrayna, əsasən qida və enerji sektorlarında tarixi tərəfdaşlıqları qoruyub saxlayır. O bildirib ki, Ukrayna ilə əməkdaşlıq sahəsinin əsasını Suriyada vacib qida məhsullarının Suriya limanları vasitəsilə təkrar ixracı üçün mərkəz yaratmaqdır.

QAZİLER.AZ