ABŞ prezidenti Donald Tramp 16 aprel gecəsi Ukraynaya qarşı kütləvi hücumla bağlı şərh verib.
Qaziler.az bildirir ki, bu barədə "Clash Report" məlumat yayıb.
ABŞ prezidentindən Ukraynanın son genişmiqyaslı atəşə tutulması ilə bağlı münasibəti soruşulub..
"Hesab edirəm ki, bu, dəhşətlidir", - deyə Tramp cavab verib.
Xatırladaq ki, Rusiya Ukraynaya yüzlərlə hava hədəfi, o cümlədən dron və raketlərlə hücum edib. Bu kütləvi hücumun nəticələri doqquz bölgədə qeydə alınıb: Dnepropetrovsk, Donetsk, Kiyev, Zaporojye, Nikolayev, Odessa, Xarkov, Sumı və Poltava.
QAZİLER.AZ



