Atəşkəsdən sonra İsrail Müdafiə Qüvvələri Livandakı mövqelərində qalacaq.
İsrail Müdafiə Qüvvələri atəşkəsdən sonra Livanın cənubundakı mövqelərini tərk etməyəcək.
İsrailin Baş naziri Binyamin Netanyahu bunu 16 apreldə ölkənin təhlükəsizlik kabinetinin üzvlərinə açıqlayıb.
Qaziler.az bildirir ki, Ynet-in məlumatına görə, bu məsələ ilə bağlı nazirlər səviyyəsində səsvermə keçirilməyib. Lakin təhlükəsizlik kabinetinin telefon iclası təcili olaraq keçirilib.
Atəşkəsin 17 aprel gecə yarısında başlaması planlaşdırılır.
QAZİLER.AZ



