Kanadalı keşiş Lim Hen Suya Şimali Koreya Ali Məhkəməsi tərəfindən hökm oxunub. Axar.az “NBC Nyus”a istinadən xəbər verir ki, ölkə lideri Kim Çen İnin həyatına sui-qəsd hazırlamaqda ittiham olunan keşiş ömürlük həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, 1986-cı ildən Kanadanın Toronto şəhərində yaşayan 60 yaşlı keşiş 1997-ci ildən bəri bir neçə dəfə humanitar missiya çərçivəsində Şimali Koreyaya gedib.