“Pakistan İsrailin İrana qarşı nüvə silahından istifadə etməsi halında nüvə cavabı ehtimalını nəzərdən keçirib”.
Qaziler.az xəbər verir ki, bu barədə İranın Ali Liderinin baş hərbi müşaviri Möhsün Rzai açıqlama verib.
Onun sözlərinə görə, 2025-ci ilin iyun ayında İsrailin İranın hərbi və nüvə obyektlərinə hücumları fonunda İslamabad eskalasiya halında İsrailə nüvə zərbəsi ilə cavab verməyə hazır olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, həmin dövrdə bir sıra ərəb ölkələri Tehrana dəstək ifadə ediblər.
QAZİLER.AZ



