İran bayraqlı yük gəmisi blokadanı yarmağa çalışıb

İran bayraqlı yük gəmisi blokadanı yarmağa çalışıb backend

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran bayrağı altında üzən bir yük gəmisinin ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasından yayınmağa çalışdığını, ancaq bunun qarşısının alındığını açıqlayıb.

Qaziler.az xəbər verir ki, CENTCOM-un məlumatına görə, yük gəmisi Bəndər Abbas limanını tərk etdikdən sonra Hörmüz boğazından çıxaraq İran sahilləri boyunca hərəkət edib və blokadanı yarmağa cəhd göstərib. Lakin ABŞ-nin idarə olunan raket esminesi “USS Spruance” gəmiyə müdaxilə edərək onun istiqamətini dəyişib və nəticədə yük gəmisi geri dönərək yenidən İran istiqamətində hərəkət edib.

CENTCOM bildirib ki, indiyədək 10 gəmi İrana qayıtmağa “məcbur edilib” və ABŞ-nin blokadası bazar ertəsindən etibarən tətbiq olunduğu müddətdə heç bir gəmi bu blokadanı yarmağa müvəffəq olmayıb.

Qeyd olunub ki, dəniz blokadası ABŞ prezidenti Donald Trampın əmri ilə bu həftə başladılıb.

QAZİLER.AZ