“Keyhan” qəzeti: “Bəhreyn İranındır”

“Keyhan” qəzeti:  “Bəhreyn İranındır” backend

İranın hakimiyyətə yaxın “Keyhan” qəzeti Bəhreynlə bağlı qalmaqallı iddialar irəli sürərək bu ölkəni “İrana məxsus” adlandırıb.

Qaziler.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, qəzetin yazısında Bəhreyn xalqının “özünü iranlı hesab etdiyi” və ölkənin İrana birləşmək istədiyi iddia olunub.

“Keyhan” Bəhreyn rəhbərliyini “asılı” adlandıraraq onların “vəzifədən kənarlaşdırılması, mühakimə və cəzalandırılması”nı tələb edib. Bu mövqe İran hakimiyyətinə yaxın medianın genişlənmə və müdaxiləçi ritorikasını yenidən gündəmə gətirib.

Hadisə Bəhreyn hökumətinin daha əvvəl BMT-yə rəsmi şikayət təqdim edərək İranı daxili işlərinə müdaxilədə ittiham etdiyi bir vaxtda baş verib.

Eyni zamanda, Tehran bəzi Körfəz ölkələrinin, o cümlədən Bəhreynin ərazisinin İran əleyhinə hücumlarda istifadə edildiyini iddia edir. Bəhreyn tərəfi isə bu açıqlamaları gərginliyi artırmaq cəhdi kimi qiymətləndirir.

QAZİLER.AZ