Netanyahu Livan Prezidenti Cozef Aunla telefon danışığı aparacaq

Netanyahu Livan Prezidenti Cozef Aunla telefon danışığı aparacaq backend

İsrail Knessetinin "Likud" partiyasından olan deputatı Gila Qamliel ölkənin Baş naziri Benyamin Netanyahunun Livan Prezidenti Cozef Aunla telefon danışığı aparacağını təsdiqləyib.

"Report"un "Ynet"ə istinadən verdiyi məlumata görə, Qamliel bunu "Galei Zahal" radiostansiyasının efirində bildirib.

"Ümid edirəm ki, bu addım Livanla münasibətlərin inkişafına gətirib çıxaracaq. Bu, uzun müddət ərzində formalaşan bir prosesdir", - o qeyd edib.