Rusiyanın türk bayrağı ilə üzən 8 gəmini Qara dənizdəki limanlarda saxlaması Türkiyəni də hərəkətə keçirib. Teleqraf.com xəbər verir ki, Ankara da oxşar addım ataraq, Rusiyaya məxsus 27 gəminin hərəkətini dayandırıb.
Məlumatlara görə, gəmilər Türkiyənin Aralıq, Mərmərə, Egey və Qara dənizlərdəki limanlarında saxlanılıb. Bildirilib ki, türk gəmiləri Qara dəniz memorandumu çərçivəsində reydlər həyata keçirilən zaman həbs edilib: "Türkiyə Rusiyanın bu fikrindən dönməsini gözlədi. İlk olaraq, 5 gəmi saxlanıldı. Dünən isə bu rəqəm 8-ə çatdı. Hazırda limanlarda saxlanılan rus gəmilərinin sayı 27-dir".
Hadisədən sonra türk və rus rəsmiləri görüşməyə qərar veriblər: "Görüşün vaxtı, formatı və yeri məlum deyil. Görüş Rusiya tərəfinin istəyi ilə baş tutacaq".