İndoneziyada vulkan püskürməsi baş verib

İndoneziyada vulkan püskürməsi baş verib backend

İndoneziyada Dukono vulkanı püskürüb.

Qaziler.az bildirir ki, TASS xəbər agentliyi hadisə barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzinin bəyanatına istinadən məlumat yayıb.

Sözügedən vulkan Şimali Maluku əyalətindəki Halmahera adasında yerləşir.

Püskürmə zamanı nəhəng kül 3,6 kilometr hündürlüyə püskürüb.

Hakimiyyət orqanları yerli sakinlərin və turistlərin kraterə dörd kilometr məsafədə yaxınlaşmasını qadağan edib və qoruyucu maskalar taxmağı tövsiyə edib.

QAZİLER.AZ