Rusiya prezidenti Vladimir Putin müxalifət lideri, məşhur siyasətçi Boris Nemtsovun anasına teleqram ünvanlayıb. Putin Nemtsovu qətlə yetirən şəxslərin layiqli şəkildə cəzalandırılıcaqlarına inandığını bildirib:
"Alçaq və ikiüzlü qətlin sifarişçilərinin və iştirakçılarının layiqli cəza almaları üçün bütün lazımi addımlar atılacaq”.Qeyd edək ki, Boris Nemtsov ötən gün Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı "Ford Mondeo" və "Kia-Rio" maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib.