Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar bildirib ki, prezident Tamaş Şuyok ona yeni hökumət qurmaq tapşırığı verib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Nəşrin məlumatında qeyd olunub ki, mandat parlamentin ilk iclasında təqdim olunacaq.
“Respublika Prezidenti mənə bildirdi ki, ən çox səs toplayan partiyanın lideri kimi Parlamentin birinci çağırışında məni Baş nazir elan edəcək və hökumət qurmaq səlahiyyəti veriləcək”, - Madyar deyib.
QAZİLER.AZ



