Hörmüz boğazının blokadası qüvvədə qalacağı təqdirdə İran Fars körfəzində ticarətə icazə verməyəcək.
Qaziler.az bu barədə “News.ru”ya istinadla xəbər verir.
İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Hörmüz boğazının blokadası qüvvədə qalacağı təqdirdə İran digər ölkələrin Fars körfəzində, Oman körfəzində və ya Qırmızı dənizdə ticarət aparmasına icazə verməyəcək.
Daha əvvəl ABŞ-nin blokadasına baxmayaraq, son 24 saat ərzində Hörmüz boğazından 20-dən çox ticarət gəmisinin keçdiyi bildirilib. Bura yük gəmiləri, konteyner gəmiləri və neft tankerləri daxildir.
QAZİLER.AZ



