Moldova bu tarixdə MDB-dən çıxacaq

Moldova bu tarixdə MDB-dən çıxacaq backend

Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) rəsmi olaraq 2027-ci ilin aprelində çıxacaq. Bu haqda bildiriş artıq göndərilib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Baş nazirin müavini və xarici işlər naziri Mihay Popşoy məlumat verib.

O bildirib ki, müqavilələrin ləğvi barədə qərarların imzalanmasından sonra 8 apreldə Minskdəki katibliyə bildiriş göndərilib və biz onun alınması barədə təsdiq alınıb.

Moldova xarici işlər naziri ölkənin MDB-dən bir il ərzində, yəni 8 aprel 2027-ci ildə çıxmasının planlaşdırıldığını dəqiqləşdirib.

QAZİLER.AZ