Norveç istifadəsiz qalmış qırıcıları Ukraynaya verdi

Norveç istifadəsiz qalmış qırıcıları Ukraynaya verdi backend

Norveç Ukraynaya istismardan çıxarılan və əsaslı təmirə ehtiyacı olan altı “F-16” qırıcı təyyarəsi təhvil verib.

Qaziler.az xəbər verir ki, REN TV-nin məlumatına görə, bu barədə Norveçin Baş naziri Yonas Qar Styore bildirib.

Onun sözlərinə görə, Norveç ordusu “F-35”ə keçdikdən sonra “F-16” qırıcılarından istifadə edilməyib.

“Bu təyyarələr hazırda Ukraynanın mülkiyyətindədir, ABŞ və Ukrayna ilə əldə edilən razılaşmaya əsasən Belçikada texniklər tərəfindən təmir və təlim mərhələsindən keçir", - baş nazir mətbuat konfransında bildirib.

Qeyd edək ki, aprelin 9-da Norveçin 2023-cü ildə vəd etdiyi altı “F-16” qırıcı təyyarəsini Kiyevin hələ də almadığı bildirilib. NRK portalının məlumatına görə, gecikmə təyyarələrin təmiri ilə əlaqələndirilib.

QAZİLER.AZ