Özbəkistan və Hindistan hərbi qüvvələri Namanqanda "Dustlik-7" birgə hərbi təlimlərə başlayıb.
Qaziler.az Özbəkistan mətbuatına istinadən bildirir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bu il təlimlər "Qurumsaray" təlim poliqonunda keçirilir və 25 aprelə qədər davam edəcək.
Təlim hər iki ölkədən təxminən 120 hərbçini əhatə edir.
Verilən məlumata görə, əsas diqqət yarımdağlıq ərazilərdə birgə əməliyyatların, o cümlədən əməliyyat planlaşdırmasının və taktiki tapşırıqların yerinə yetirilməsinə yönəldiləcək.
Təlimlər hər il Hindistan və Özbəkistan arasında növbə ilə keçirilir. Əvvəlki təlimlər ötən ilin aprel ayında Aundhdakı (Pune, Hindistan) Xarici Təlim Mərkəzində baş tutmuşdu.
QAZİLER.AZ



