Bu universitet Belarusda ekstremist təşkilat kimi tanındı

Bu universitet Belarusda ekstremist təşkilat kimi tanındı backend

Belarus Ali Məhkəməsi Avropa Humanitar Universitetini (European Humanities University) ekstremist təşkilat kimi tanınıb və ölkədəki fəaliyyətini qadağan edib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş Prokurorluğunun mətbuat xidməti yayıb.

Qadağa universitetin bütün bölmələrinə, eləcə də onun simvol və atributlarından istifadəsinə də şamil edilib.

“Ali Məhkəmə xarici təşkilat olan Avropa Humanitar Universitetinin və onun tərkib hissələrinin ekstremist olduğuna və Belarus Respublikasında onun simvol və atributlarından istifadə ilə bağlı fəaliyyətinin qadağan olunduğuna qərar verib”, - qərarın açıqlamasında qeyd olunub.

QAZİLER.AZ