Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdəki vəziyyəti İran prezidenti Məsud Pezeşkiyan və ABŞ prezidenti Donald Trampla müzakirə etdiyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, o, bu barədə “X” sosial media səhifəsində yazıb.
"Dünən İran prezidenti Məsud Pezeşkiyanla, eləcə də ABŞ prezidenti Donald Trampla görüşdüm", - deyə o əlavə edib.
Makron qeyd edib ki, Fransa eskalasiyanın yeni mərhələlərindən qaçmaq üçün İslamabadda dayandırılmış danışıqların davam etdirilməsinə çağırıb. Bu məqsədlə o, həll edilməli olan vacib məsələləri qeyd edib. O əlavə edib ki, bunlara Livan da daxil olmaqla hər kəs tərəfindən tam atəşkəs, eləcə də Hörmüz boğazının yoxlamalar və rüsumlar olmadan tamamilə açılması daxildir.
QAZİLER.AZ



