Malavi bayrağı altında üzən "Rich Starry" neft və kimyəvi maddə tankeri 14 apreldə boğazdan keçib və Omanın Sohar limanına gedib. Gəmi Çinin "Shanghai Xuanrun Shipping Co Ltd" şirkətinə məxsusdur və sahibi ilə birlikdə 2023-cü ildən bəri İrana sanksiyalardan yayınmaqda kömək etdiyi iddiası ilə ABŞ tərəfindən qara siyahıya salınıb.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, gəminin yükü BƏƏ-də yüklənmiş 250.000 barel metanoldan və heyəti çinlilərdən ibarət olub.
Qeyd edək ki, Hörmüz boğazında blokada 13 aprel axşamı qüvvəyə minib. Bu, İran limanlarına və sahil ərazilərinə gedən bütün gəmilərə şamil edilib.
QAZİLER.AZ



