Si Cinpin Yaxın Şərqdə sülh üçün 4 təklif irəli sürüb

Si Cinpin Yaxın Şərqdə sülh üçün  4 təklif irəli sürüb backend

Çin Respublikasının sədri Si Cinpin danışıqlar zamanı Əbu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd Əl-Nəhyana Yaxın Şərqdə sülhün təşviqi ilə bağlı dörd təklif təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə Çin xəbər agentliyi “Xinhua” məlumat verib.

Agentlik onun sözlərini sitat gətirərək bildirib: "Si Cinpin dinc yanaşı yaşama prinsipinə riayət etməyə çağırdı. Yaxın Şərqdə və Fars körfəzi bölgəsində ortaq, hərtərəfli əməkdaşlıq və davamlı təhlükəsizlik arxitekturasının yaradılmasını təşviq etmək lazımdır".

Çin prezidenti bildirib ki, Yaxın Şərq ölkələrinin (İran, İraq, Əfqanıstan, Pakistan, eləcə də Ərəbistan yarımadası dövlətləri) və Fars körfəzinin təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət etmək, bütün ölkələrin sakinlərinin, obyektlərinin və qurumlarının təhlükəsizliyini təmin etmək vacibdir.

Si yekun olaraq bildirib ki, bütün tərəflər bu iki bölgədəki ölkələrin inkişafı üçün əlverişli şərait yaratmaq üçün birgə çalışmalıdırlar.

QAZİLER.AZ