Peskov Madyarın Putin haqqında dediklərinə cavab verib

Peskov Madyarın Putin haqqında dediklərinə cavab verib backend

“Macarıstan seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar səsvermədən sonra bir çox açıqlamalar verib, hansı ki Moskva yeni hökumətin konkret addımlarına diqqət yetirəcək”.

Qaziler.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. O, müxalifətçi siyasətçinin Rusiya prezidenti Vladimir Putinə zəng etmək niyyətində olmadığı barədə açıqlamasına cavab olaraq bunu deyib:

"Macarıstanda yeni hökumət formalaşana qədər gözləyək. Gəlin, ilk konkret addımları gözləyək. Və sonra yeni Macarıstan hökumətinin konkret addımlarına diqqət yetirəcəyik".

Kreml sözçüsü həmçinin Rusiya və Macarıstanın dialoqa qarşılıqlı hazırlıq nümayiş etdirdiyini vurğulayıb. O qeyd edib ki, Moskva yeni hökumətin praqmatik əməkdaşlığa sadiqliyini alqışlayır.

QAZİLER.AZ