Rusiya müxalifət lideri Boris Nemtsovun qətlini görən üç şahiddən biri danışıb. Şahid Viktor.M cinayətkarların siyasətçini onun gözləri qarşısında güllələdiyini bildirib.
Onun sözlərinə görə, Boris Nemtsov bir qızla Böyük Moskva çayı körpüsü ilə gedirmiş. Birdən atəş səsləri eşidildi və qızın yanındakı şəxs yerə yıxıldı.Şahidin sözlərinə görə yolun digər tərəfinə bir nəfər qaçdı. O hasarı keçərək maşına oturub getdi.
"Mən tez ona kömək eləməyə gəldim. Amma artıq gec idi. Boris Nemtsov xırıldayırdı və bir neçə dəqiqədən sonra öldü".