Rusiya Prezidenti Vladimir Putin İndoneziyalı həmkarı Prabovo Subianto ilə danışıqları başa çatdırıb.
Qaziler.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti aprelin 13-də məlumat yayıb.
"Danışıqlar başa çatdı", - bu barədə MAX messencerindəki məlumatda bildirilir.
Rusiya prezidenti qonağı şəxsən maşına qədər müşayiət etdi. Liderlər əl sıxıb sağollaşdılar.
Bundan sonra İndoneziya liderinin korteji Kreml ərazisindən çıxdı.
Xatırladaq ki, Subianto həmin gün Moskva vaxtı ilə təxminən saat 11:00-da Rusiyaya işgüzar səfərə gəlib. İndoneziya liderinin təyyarəsi Moskvaya eniş edib.
QAZİLER.AZ



