ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton ölkə ərazisində terrorçularla mübarizə planını təqdim edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, San Bernardinoda bir neçə gün əvvəl 14 nəfərin ölümü ilə nəticələnən terror aktını xatırladaraq hakimiyyətin yeni terror aktlarına hazır olmasının və sosial şəbəkələrdə potensial ekstremistlərin vaxtında aşkarlanmasının vacibliyini qeyd edib.
Klintonun sözlərinə görə, hakimiyyət həmçinin Suriya ərazisində hava zərbələrini gücləndirməli və İŞİD-in yayıldığı bölgədən ölkəyə gələn şəxsləri ciddi nəzarətə almalıdır.O həmçinin silahın saxlanılması haqqında qanunvericiliyin sərtləşdirilməsinə çağıraraq, hücum tipli silahların satışına qadağa qoyulmasını təklif edib.
Hillari Klinton çıxışı zamanı “amerikalı müsəlmanların radikallaşma və terrorçuluğa qarşı bir yumruq, sonuncu və ən yaxşı müdafiə vasitəsi” olduğunu qeyd edib.