Rusiyanın İrandan zənginləşdirilmiş uranı çıxarmaq təklifi qüvvədə qalır, lakin ABŞ və regional dövlətlərlə təmaslarda müzakirə olunmayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
"Bu təklif [Rusiya prezidenti] Putin tərəfindən həm ABŞ, həm də regional dövlətlərlə təmaslarda səsləndirilib. Bu təklif qüvvədə qalır, lakin müzakirə olunmayıb", - o, jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, 14 martda “Axios” nəşrinin yaydığı xəbərdə Rusiya lideri amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı zənginləşdirilmiş uranı İrandan Rusiyaya çıxarmağı təklif edib, lakin Ağ Ev rəhbəri bundan imtina edib.
QAZİLER.AZ



