İslamabadda İran ABŞ-nin əsas iki tələbini rədd edib

İslamabadda İran ABŞ-nin əsas iki tələbini  rədd edib backend

İslamabadda ABŞ ilə danışıqlarda iştirak edən İran nümayəndə heyəti ABŞ-nin uranın zənginləşdirməsini dayandırmaq və əlaqəli sənaye müəssisələrini məhv etmək tələbini yerinə yetirməkdən imtina edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi şəxsin sözlərinə görə, Tehran həmçinin Hörmüz boğazını gəmiçilik üçün tam açmaqdan imtina edib. Bundan əlavə, İran Fələstində HƏMAS və Livanda “Hizbullah”a, eləcə də Yəməndə “Ənsar Allah” hərəkatının husi üsyançılarına maliyyə dəstəyini dayandırmaqdan imtina edib.

Aprelin 11-də Pakistanın paytaxtı İslamabadda ABŞ ilə İran arasında danışıqlar keçirilib. Görüş zamanı heç bir razılıq əldə olunmayıb.

QAZİLER.AZ