İsrailin ölüm hökmünü yalnız fələstinli məhbuslara tətbiq etmək qərarı "aparteid"ə bərabərdir və qanunu irqçi faşizm alətinə çevirir.
Qaziler.az xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan bildirib.
O, İsrailin bu hərəkətlərini ayrı-seçkilik, irqçilik adlaandırıb.
“İsrail 1994-cü ildə Cənubi Afrikada devrilmiş aparteid rejimindən daha pis bir sistem tətbiq edir. İsrail parlamentinin fələstinli məhbuslara ölüm hökmü tətbiq etmək qərarı, mahiyyət etibarilə, Hitlerin yəhudilərə qarşı siyasətindən fərqlənmir", - deyə Ərdoğan bildirib.
QAZİLER.AZ



