Tramp hədələdi: "Pakistan danışıqları uğursuz olsa..."

Tramp hədələdi: "Pakistan danışıqları uğursuz olsa..." backend

Tramp Pakistandakı danışıqların 24 saat ərzində uğursuzluğa düçar olacağı təqdirdə İrana hücum edəcəyi ilə hədələyib.

Qaziler.az xəbər verir ki, bu barədə  “The New York Post” yazır.

Nəşr yazır ki, Trampın sözlərinə görə, ABŞ artıq gəmiləri yeni sursatla yükləyir.

"Biz yenidən yükləyirik. Gəmiləri ən yaxşı sursatla, indiyə qədər istehsal olunmuş ən yaxşı silahlarla - hətta əvvəllər istifadə etdiyimizdən daha yaxşısını - doldururuq və biz onları darmadağın etdik", - deyə Ağ Ev rəhbəri bildirib.

Tramp vurğulayıb ki, ordu silahlardan çox effektiv şəkildə istifadə etməyə hazırdır.

QAZİLER.AZ