İsrail Fransanın Livan danışıqlarında iştirak etməsinə icazə verməkdən imtina etdi
Qaziler.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazır.
Nəşrin mənbələrə istinadən məlumatına görə, İsrail Fransanı gələn həftə Vaşinqtonda başlaması planlaşdırılan Livanla danışıqlardan kənarlaşdırıb.
"Fransanın son bir ildəki davranışı, o cümlədən İsrailin İranda döyüşmək qabiliyyətini məhdudlaşdırmağa yönəlmiş təşəbbüsləri və Livanın “Hizbullah”ı tərksilah etməsinə kömək etmək üçün addımlar atmaq istəməməsi İsrailin Parisi ədalətsiz vasitəçi kimi görməsinə səbəb olub", - deyə İsrail rəsmisi bildirib.
QAZİLER.AZ



