ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris Nyu-York şəhərində keçirilən Milli Fəaliyyət Şəbəkəsi konfransında 2028-ci il seçkiləri ilə bağlı ambisiyaları ilə əlaqədar açıqlama verib.
Qaziler.az xəbər verir ki, bu barədə NBC News yazır.
Müsahibə zamanı o, auditoriyadan güclü dəstək alaraq yenidən ən yüksək vəzifə uğrunda mübarizə aparmağa hazır olduğunu bildirib.
"Mən bunu edə bilərəm. Mən bu barədə düşünürəm", - deyə siyasətçi bildirib.
O, həmçinin ölkədəki status-kvonun uzun müddətdir ki, işlək olmadığını əlavə edib və Amerika xalqının gözlədiyi irəliləyişə nail olmaq üçün hökuməti bürokratiyadan təmizləməyin vacibliyini vurğulayıb.
QAZİLER.AZ



