Əfqanıstanda müştərilərinin cinləri ilə mobil telefonu vasitəsilə əlaqə saxlaya bildiyini iddia edən Kabil sakini həbs edilib.
Qaziler.az bildirir ki, Pajhwok xəbər verir.
Həmin şəxs insanları cinlərin onların taleyini idarə etdiyinə inandırmış və onların səmavi himayədarları ilə "əlaqə" üçün ödəniş almışdır. Nazirlik bu cür iddiaları İslam prinsiplərinə zidd olan xurafat kimi təsnif etmişdir.
Agentliyin məlumatına görə, təkcə son bir həftə ərzində ölkənin müxtəlif əyalətlərində 24 "sehrbaz" həbs edilib.
QAZİLER.AZ



