Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Tayvanın müxalifət Kuomintang (KMT) partiyasının lideri Çjen Liven ilə görüşüb.
Qaziler.az bildirir ki, bu barədə 10 apreldə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
"Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin baş katibi Si Cinpin cümə günü səhər Pekində Çin Qomindan partiyasının sədri Çjen Liven ilə görüşüb", - deyə məlumatda bildirilir.
Tayvan nümayəndə heyəti Pekinə gəlməzdən əvvəl Tszyansu əyalətinə və Şanxaya səfər edib. Çjen Liven 10 il ərzində Çinin materik hissəsinə səfər edən ilk Qomindan lideri olub. O vaxtkı partiya lideri Hun Syuçju da oxşar səfəri 2016-cı ildə edib.
QAZİLER.AZ



