Ukraynada cəbhə xətti səhv hərəkət edir - Rütte

Ukraynada cəbhə xətti səhv hərəkət edir - Rütte backend

Ukraynadakı cəbhə xətti "səhv istiqamətdə" hərəkət edir.

Qaziler.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu NATO-nun Baş Katibi Mark Rütte Ronald Reyqan Prezident Fondu İnstitutunda çıxışı zamanı bildirib.

"Ümumiyyətlə, cəbhə xətti hələ də səhv istiqamətdə hərəkət edir. Çox yavaş, amma yenə də... Daha ümumi şəkildə desək, mənim kimi Ukrayna tərəfdarı və Rusiyaya qarşısınızsa, yenə də onun səhv istiqamətdə hərəkət etdiyini görürsünüz", - Rütte deyib.

QAZİLER.AZ