Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb.
Qaziler.az xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsia) mətbuat xidməti bu barədə “Telegram” kanalında məlumat verib.
"Vnukovo, Domodedovo və Jukovski (Ramenskoye) hava limanları. Təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə nəşr bildirib.
Agentlik vurğulayıb ki, bu tədbirlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.
QAZİLER.AZ



