ABŞ prezidenti İsrailin Baş nazirinə zəng edərək İranla danışıqlarda uğur qazanmaq üçün Livana zərbələrin intensivliyini azaltmağı xahiş edib.
Qaziler.az xəbər verir ki, bu barədə “NBC News” ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Livan atəşkəs sazişinin bir hissəsi olmasa da, yəhudi dövləti danışıqlar prosesinin maraqlarını nəzərə almağa və "faydalı tərəfdaş olmağa" razılaşıb.
Netanyahu həmçinin “Hizbullah”ı tərksilah etmək və iki ölkə arasında sülh yaratmaq üçün Livanla birbaşa danışıqlara başlamağı əmr edib.
QAZİLER.AZ



