“Hizbullah” döyüşçüləri sərhəddən dörd kilometr aralıda yerləşən Bint Cbeyl şəhərində İsrail ordusu ilə toqquşub.
Qaziler.az xəbər verir ki, bu barədə Livan televiziya kanalı MTV öz müxbirinə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, İsrail qüvvələri şəhərin müəyyən ərazilərinə daxil olur, minalar yerləşdirir və bütün binaları partladırlar.
Kanal qeyd edir ki, şəhərin İsrail qüvvələri tərəfindən tamamilə işğalından danışmaq hələ tezdir - onlar içəri girib-çıxırlar, “Hizbullah” döyüşçüləri isə onları raketlər və dronlarla vururlar.
Qeyd edək ki, Bint Cbeyl İsraillə sərhəddə yerləşən ən böyük Livan şəhərlərindən biridir.
Bu şəhər 2 martda başlayan gərginlikdən sonra İsrail ordusunun sərhəd xəttindən irəlilədiyi ən dərin nöqtəyə çevrilib. Bint Cbeyl keçmişdə də əsas toqquşmaların olduğu yer olub və İsrail qüvvələri şəhəri ələ keçirə bilməyib.
QAZİLER.AZ



