İspaniyaya məxsus “Patriot” sistemləri daha bir il Türkiyənin hava məkanını qoruyacaq. Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib. O, vaxtın uzadılmasının Türkiyənin tələbi ilə edildiyini bildirib. “Patriot” sistemi yeni qərarla 2017-ci ilin yanvarına qədər Türkiyədə qalacaq.
Qeyd edək ki, rəsmi Ankaranın Rusiyaya məxsus Su-24 bombardımançısını vurmasından sonra NATO Türkiyənin təhlükəsizliyini gücləndirib.