ABŞ-İran danışıqları ərəfəsində İslamabadda iki günlük tətil elan edilib

ABŞ-İran danışıqları ərəfəsində İslamabadda iki günlük tətil elan edilib backend

Pakistan hakimiyyəti ABŞ və İran arasında danışıqlar ərəfəsində bu gündən etibarən İslamabadda iki günlük tətil elan edib.

 

"Report" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

 

Ağ Evdən bildirilib ki, ABŞ vitse-prezidenti Cey Di Vens "bu həftə sonu" İslamabaddakı danışıqlarda nümayəndə heyətinə rəhbərlik edəcək.

 

Qeyd olunub ki, dünən İslamabad administrasiyasının yaydığı məlumatda səbəb göstərilməyib. Lakin paytaxt hakimiyyət orqanları mühüm diplomatik tədbirlər ərəfəsində tez-tez istirahət günləri elan edir və ya təhlükəsizlik ilə bağlı məhdudiyyətlər tətbiq edir.