İranla danışıqlarda ABŞ-ni təmsil edəcək şəxslər açıqlandı

İranla danışıqlarda ABŞ-ni təmsil edəcək şəxslər açıqlandı backend

ABŞ Vitse-prezidenti Cey Di Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner İslamabadda İran nümayəndə heyəti ilə danışıqlara yollanacaqlar.

Qaziler.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə açıqlamasında bildirib.

"Prezident (Donald Tramp - red.) bu həftəsonu danışıqlar aparmaq üçün İslamabada ABŞ-nin Vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Uitkoff və sahibkar Kuşnerin rəhbərlik etdiyi danışıqlar qrupunu göndərir", - o deyib.

Levittin sözlərinə görə, bu danışıqların ilk raundu şənbə günü, yerli vaxtla səhər keçiriləcək.

QAZİLER.AZ