Bu halda ABŞ ilə atəşkəs mümkün deyil - Abbas Əraqçi

Bu halda ABŞ ilə atəşkəs mümkün deyil -  Abbas Əraqçi backend

ABŞ Yaxın Şərqdə atəşkəs və İsrail üzərindən münaqişənin davam etdirilməsi arasında seçim etməlidir.

Qaziler.az xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial media platformasında yazıb.

"İran və ABŞ arasında atəşkəs müqaviləsinin şərtləri aydın və birmənalıdır: ABŞ atəşkəs və ya İsrail üzərindən müharibənin davam etdirilməsi arasında seçim etməlidir. O, hər ikisini seçə bilməz. Dünya Livanda böyük itkilər görür. Top ABŞ-nin tərəfindədir və dünya onun öz öhdəliklərini yerinə yetirib-yetirməyəcəyini izləyir", - deyə İranın xarici işlər naziri yazıb.

Qeyd edək ki, aprelin 8-də ABŞ prezidenti Donald Tramp İrana hücumları daha iki həftə dayandırmağa razı olduğunu açıqlayıb. Ağ Evin məlumatına görə, Vaşinqton İrandan münaqişənin həlli üçün 10 bəndlik təklif alıb və onun üzərində işləməyə hazırdır.

QAZİLER.AZ