ABŞ və İran arasında atəşkəs elan edildiyi müddətdə, SAXAL 28 fevralda münaqişənin əvvəlində əhaliyə tətbiq edilən demək olar ki, bütün məhdudiyyətlərin 9 apreldən etibarən ləğv edildiyini elan edib.
Qaziler.az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
Ordunun mətbuat xidməti bildirib ki, təhsil müəssisələrində dərslər də daxil olmaqla, ölkənin əksər ərazilərində bütün fəaliyyətlərə məhdudiyyətsiz icazə verilir.
Lakin, bəzi ərazilərdə açıq havada keçirilən böyük tədbirlərə məhdudiyyətlər qüvvədə qalacaq; onlar 1000 nəfərdən çox olmayan iştirakçılarla məhdudlaşdırılacaq. Məhdudiyyətlərin yumşaldılması Livanla sərhəd yaxınlığında yerləşən Şimali İsrailə şamil edilməyəcək.
SAXAL vurğulayıb ki, davam edən atəşə görə əhali üçün sərt məhdudiyyətlər qüvvədə qalır.
QAZİLER.AZ



