Tehran ABŞ-ni İsrailin İrana qarşı istənilən hücumunda şərik sayacaq 

Tehran ABŞ-ni İsrailin İrana qarşı istənilən hücumunda şərik sayacaq  backend

İran ABŞ-ni İsrailin İrana qarşı istənilən təcavüzündə şərik hesab edəcək. 

Qaziler.az bildirir ki, bu barədə IRIB İran Silahlı Qüvvələrina istinadla məlumat yayıb.

"Biz ABŞ-ı sionist rejimin (İsraili nəzərdə tutur – red) İrana və onun maraqlarına qarşı hər hansı hücum və təcavüzünə şərik hesab edəcəyik və biz buna qətiyyətlə qarşı çıxacağıq", - bəyanatda qeyd edilib.

Qeyd edək ki, aprelin 7-də ABŞ lideri İranla atəşkəsə razı olduğunu açıqlayıb. Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqton Tehrandan münaqişənin həlli üçün 10 bəndlik təklif alıb və bu təklif üzərində işləməyə davam etməyə hazırdır.

QAZİLER.AZ