ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının İranla birgə idarə olunmasını təklif edib.
Qaziler.az xəbər verir ki, bu barədə “ABC News” xəbər dərc edib.
"Biz bunu birgə müəssisə kimi etməyi düşünürük. Bu, təhlükəsizliyi təmin etmək üçündür, o cümlədən onu bir çox digər insanlardan qorumağın yoldur. Bu, gözəl bir şeydir", - deyə Tramp bildirib.
Eyni zamanda, İran mənbəsi qeyd edib ki, Vaşinqtonla razılaşma əldə olunarsa, Tehran cümə axşamı və ya cümə günü Hörmüz boğazını məhdud şəkildə öz nəzarəti altında aça bilər.
QAZİLER.AZ



