İraq Mülki Aviasiya İdarəsi, ABŞ və İran arasında müvəqqəti atəşkəsdən sonra təxminən 40 gündür bağlı olan hava məkanının uçuşlara yenidən açılacağını açıqladı.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, qurumun yazılı açıqlamasına görə, məsələ ilə bağlı məlumat verilib.
Yaxın Şərqdəki gərginlik səbəbindən təxminən 40 gündür bağlı olan İraq hava məkanının bu axşam açılacağı bildirilib.
İraq 28 fevralda ABŞ və İsrailin İrana hücumlarını qınayaraq hava məkanını uçuşlara bağladığını elan etmişdi.
QAZİLER.AZ



