Tramp "son dərəcə xəstə adam" adlandırıldı

Tramp "son dərəcə xəstə adam" adlandırıldı backend

ABŞ Prezidenti Donald Tramp İranda sivilizasiyanı məhv etmək təhdidləri ilə "son dərəcə xəstə bir insan” olduğunu sübut edir.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Senatındakı Demokratların lideri Çak Şumer sosial media platforması “X”də yazıb.

Konqresmen Trampın son paylaşımına şərh verib. Həmin paylaşımda Amerika prezidenti ABŞ-nin 8 aprel gecəsi "bütöv bir sivilizasiyanı" məhv edə biləcəyini bildirib. Ağ Ev rəhbəri belə bir nəticə istəmədiyini, amma yəqin ki, baş verəcəyini vurğulayıb.

"Bu, son dərəcə xəstə bir adamdır. Bu mənasız müharibəyə qarşı səs verməkdə bizə qoşulmaqdan imtina edən hər bir respublikaçı, nə olursa olsun, bütün nəticələrə görə məsuliyyət daşıyır", - Şumer yazıb.

QAZİLER.AZ