Litvada 26 sovet əsgərinin qalıqları çıxarılıb

Litvada 26 sovet əsgərinin qalıqları çıxarılıb backend

İkindi Dünya Müharibəsi zamanı dəfn edilmiş 26 sovet əsgərinin qalıqları Litvanın Şyaulyay şəhərində qazılaraq çıxarılıb.

Qaziler.az xəbər verir ki, bu barədə LRT nəşri məlumat yayıb.

Arxeoloqlar Müqəddəs Həvarilər Peter və Pavel Katedralinin yaxınlığında qazıntı işləri aparıblar. 26 əsgərin qalıqları yenidən sovet əsgərlərinin dəfn yeri olan Ginukay qəbiristanlığının yaxınlığında dəfn ediləcək.

Cəsədlərin təxminən yarısı basdırılıb. Arxeoloq Rokas Kraniauskas digərlərinin gələn həftə qazılaraq basdırılacağını bildirib.

QAZİLER.AZ