Vaşinqtonun tələblərini yerinə yetirməsə, ABŞ İrana 7 aprel axşamına qədər zərbə endirməyə hazır olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a verdiyi açıqlamada deyib. Ultimatumun müddəti isə 8 aprel Moskva vaxtı ilə saat 20:00-da və ya səhər 3:00-da başa çatır.
“Bu, saat 20:00-da baş verəcək”, - Amerika lideri vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, tərəflər danışıqlar zamanı konkret razılığa gəlsələr, vəziyyət dəyişə bilər, lakin hələlik proqnoz verməkdən çəkinir. Münaqişənin danışıqlarla başa çatıb-çata bilməyəcəyi soruşulduqda, Tramp "bununla mərc etməyəcəyini" bildirib.
Qeyd edək ki, Amerika lideri İrandan sülh razılaşmasına razılıq verməsini və Hörmüz boğazını açmasını tələb edir. Əks halda, o, Tehranı "cəhənnəmə" atacağına söz verib: ABŞ İranın körpülərinə və enerji infrastrukturuna zərbə endirəcək.
QAZİLER.AZ



